BİZNES

10 Oktyabr

İnformasiya və rabitə sahəsi üzrə maliyyə axınları artıb

Cari ilin üçüncü rübündə informasiya və rabitə sahəsi üzrə maliyyə axınları ötən ilin eyni dövrü ilə müqayisədə 58 faiz artaraq 1.1 milyard manat təşkil edib.

Fins.az Mərkəzi Banka istinadla xəbər verir ki, artıma töhfə ən çox simli rabitə xətlərinin fəaliyyəti (134.8 milyon manat artım), simsiz rabitə xidmətlərinin göstərilməsi (128.9 milyon manat) və peyk rabitəsi xidmətləri (93.1 milyon manat artım) qruplarından irəli gəlib. Proqram təminatının nəşri (-11.7 faiz) və radioverilişlərin translyasiya edilməsi (-7 faiz) qruplarında isə azalma qeydə alınıb.