“Networking Azerbaijan” iş adamları klubu , "Azimut" və "Acer"şirkətiylə birgə 4 oktyabr və 5 oktyabr tarixlərində iki gün Shah Palace hoteldə "Tech Networking Night" mövzusunda növbəti tədbirlərini keçirib.
Fins.az xəbər verir ki, tədbir iki gün gün davam edib. Ənənələrinə sadiq qalaraq,“Networking Azerbaijan” hər ay tədbirlər keçirməyə və ölkənin işgüzar cəmiyyətini bir araya yığmağa nail olub. Tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar və idarəçilər iştirak edib. Hər zaman olduğu kimi, tədbirin əsas məqsədi qonaqlar arasında işgüzar əlaqələrin qurulması və genişləndirilməsindən ibarət olub. Sahibkarlar işgüzar mühitdəki son tendensiyaları canlı müzakirə etməyə, fikir və təcrübələrini bölüşməyə müvəffəq olublar. 4 oktyabr tarixində baş tutan tədbiri açıq elan edən Orxan Hacıyev gecənin qonaqlarını salamlayıb, netvörkinqin faydalarından bəhs edib və Azimut şirkətinin rəhbəri Balağa Cəfərovu səhnəyə davət edib. Balağa Cəfərov şirkəti haqqında və rəsmi distryubutor olduğu Acer şirkəti haqqında qonaqlara məlumat verib və qonaqların suallara cavab verib. Gecənin növbəti spikeri Acer şirkətinin ölkəmizdə rəsmi nümayəndəsi
Həsən Həsənov şirkətin dünyada payından və həmçinin brend haqqında maraqlı faktlarla bölüşüb.
İki gün ardıcıl keçirilən tədbirlərdə "Azimut" və "Acer" şirkəti tərəfindən qonaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Tədbirdə qonaqlar bir-biri ilə sərbəst ünsiyyət qura və tədbirin yaratdığı imkanlardan faydalana biliblər. “Networking Azerbaijan” biznes klubunun bütün tədbirlərində olduğu kimi, budəfəki tədbirlər də rahat ab-havada keçərək, iştirakçıların yüksək əhvali-ruhiyyədə olmağını təmin edib.