03 oktyabr 2023-cü il tarixində Qırğızıstan Respublikasının Prezidenti yanında Jusup Abdrahmanov adına Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən Milli İnformasiya Texnologiyaları Mərkəzi və PMO.az MMC arasında beynəlxalq anlaşma və əməkdaşlıq memorandumu imzalanıb. Milli İnformasiya Texnologiyaları Mərkəzi - direktoru Mukanov Kanat Əsgəroviç, PMO.az (Layihə düşüncə məktəbi) - təsisçisi və direktoru İbrahimov Rəşad tərəfindən təmsil edilib.
Fins.az xəbər verir ki, Jusup Abdrahmanov adına Qırğızıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası nəzdində Milli İnformasiya Texnologiyaları Mərkəzi informasiya texnologiyaları və layihələrin idarə edilməsi sahəsində ixtisaslaşmış mühüm mərkəzdir. Qırğızıstanda İT sənayesinin inkişafına, mütəxəssislərin hazırlanmasına və müasir texnoloji həllərin tətbiqinə kömək edir.
PMO.az Layihə Düşüncə Məktəbi öz növbəsində Azərbaycanda layihələrin idarə edilməsi və konsaltinq üzrə ixtisaslaşmışdır. PMO.az layihənin idarə edilməsi, metodlarının işlənib hazırlanması, və təlim tədbirlərinin keçirilməsi istiqamətində peşakalaşmış şirkətdir.
Bu saziş iki tərəf arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı, informasiya texnologiyaları və layihələrin idarə edilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımdır. Memorandumun əsas məqsədləri: tərəfdaşlıq üçün zəmin və əməkdaşlığın əsas prinsiplərini yaratmaq, tərəflər arasında uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək, bərabərlik, xoş niyyət, hörmət və etimad əsasında əməkdaşlığı həyata keçirimək, Qırğızıstan Respublikasının və Azərbaycan Respublikasının qanunlarına riayət etməkdir.
Tərəflər təlim tədbirlərinin təşkili, birgə layihələrin və tədbirlərin təşkilinə köməklik, səlahiyyət sahələri üzrə məlumat mübadiləsi istiqamətlərində əməkdaşlıq edəcəklər.
Əməkdaşlığın həyata keçirilməsi mövcud qanunvericiliyə uyğun olaraq məlumat mübadiləsi, məsləhətləşmələr, birgə tədbirlərin planlaşdırılması və müvafiq müqavilə və sazişlərin bağlanması yolu ilə baş tutacaq.
Bu əməkdaşlıq Qırğızıstan və Azərbaycanda informasiya texnologiyalarının inkişafı və layihələrin idarə edilməsi üçün yeni imkanlar açır və iki ölkə arasında uzunmüddətli əlaqələrin möhkəmlənməsinə kömək edir. Tərəflər bu sazişin həyata keçirilməsini və gələcəkdə birgə uğur qazanmağı səbirsizliklə gözləyirlər.
Açıqlama: PMO.az rəsmi olaraq IPMA ICB4 (A, B, C, D) Beynəlxalq təlim akkreditəsini əldə etmişdir. PMO.az komandası Layihələrin idarə olunması sahəsində 20 ildən artıq təcrübəyə əsaslanmış və 2000ə yaxın peşəkarın faydalandığı fərdi proqrama malikdir. PMO.az ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemləri beynəlxalq sertifikasiyaya layiq görülmüşdür. PMO.az-ın ekspertləri Azərbaycanın AZS ISO 21500 və AZS ISO 21502 Dövlət Standartlarının yaradılmasında birbaşa iştirak ediblər.
Günel Məlikzadə
Fins.az