BİZNES

04 Oktyabr

Marsol Group-un partnyorları işgüzar səhər yeməyində - FOTO

Bu gün Marsol Group-un partnyorları növbəti "İşgüzar səhər yeməyi" çərçivəsində "La Terracce" restoranında bir araya gəliblər.

Fins.az xəbər verir ki, iştirakçılar arasında baş tutan tanışlığın ardından partnyorlara Marsol Group-un gələcək fəaliyyətləri, eləcə də 7-9 dekabr tarixlərində keçiriləcək "1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları" sərgisi haqqında məlumat verilib.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin köməkçisi Ümid İsazadə də görüşdə iştirak edərək işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün güzəştlər və imtiyazlarla bağlı məlumat verib. O, həmçinin sahibkarlarla həmsöhbət olub.

Görüş çərçivəsində sosial tərəfdaşımız "Birgə və Sağlam" İctimai Birliyinin həmtəsisçisi Həzi Eynalov autizmli uşaqlar üçün nəzəri və paraktiki biliklərə əsaslanan fərdiləşdirilmiş tədris planı və mərkəzin nəzdində fəaliyyət göstərən "Kashalata" kafesi ilə bağlı təqdimat edib. Həzi bəy öz təqdimatında partnyorların mərkəz haqqında verdikləri sualları cavablandırıb.

Bununla yanaşı, "Pan Coffee" şirkəti partnyorlara öz məhsullarından ibarət hədiyyələr təqdim edib.

Görüşün sonunda, 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub.

Nəzərinizə çatdıraq ki, "Birgə və Sağlam" İctimai Birliyinin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzi xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən, uşaqların reabilitasiya xidmətlərindən yararlanmasına, psixi sağlamlıqlarının qorunmasına kömək etmək, onların hüquqlarını qorumaq, sosial bərabərlik və inkluziya təşəbbüslərini artırmaq, bu istiqamətdə cəmiyyəti maarifləndirmək məqsədi daşıyır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!