ASELSAN və TUSAŞ arasında 14 milyon dollarlıq müqavilə imzalanıb.
Fins.az TurkicWorld-a istinadən xəbər verir ki, Türkiyənin iki böyük müdafiə şirkəti, təyyarələrin avionikasının modernləşdirilməsi üçün 14 milyon dollarlıq müqavilə imzalayıb.
ASELSAN-ın İctimaiyyəti məlumatlandırma platforması (KAP) öz açıqlamasında bildirib ki, avionikanın modernləşdirilməsi üçün TUSAŞ ilə ümumi dəyəri 14 milyon dollar olan müqavilə imzalanıb.
Sözügedən müqavilənin 29 sentyabr 2023-cü ildə imzalandığı öyrənilib.
Fuad Mədətov
Fins.az