BİZNES

29 Sentyabr

Gözəllik reseptinizdəki əvəzolunmaz eliksir

Gözəllik və sağlamlıq hər kəsin eyni anda istədiyi prosedurdur. “Harrem” şirkəti isə müştərilərinin bu istəyini yetərincə qiymətləndirməyə və bu əsasla çıxış edərək məhsullar istehsal etməyə fokuslanıb. Yaş ötdükcə göz ətrafı qırışların yaranması təbii haldır. Bunun qarısını almaq üçün sağlam və təbii inqrediyentlərdən istifadə edən “Harrem” brendi “Göz ətrafı baxım serumu”-nu sizə təqdim edir.

Fins.az xəbər verir ki, üzərindəki titan diyircək ilə müntəzəm masajdan sonra göz altındakı şişlik və göyərmələrə ciddi müsbət təsir göstərir. Bitki mənşəli aktivlərin qarışığından hazırlanan serum göz ətrafındakı bütün yaşlanma izlərini azaltmağa kömək edir, eyni zamanda tünd dairələri, şişlikləri və sallanmaları aradan qaldırır. Yaş məhdudiyyəti olmayan, tamamilə orqanik tərkibli göz serumunun qırışların erkən vaxtlarda qarşısını almaq üçün istifadə edilməsi də tövsiyə olunur. Serum göz altlarınızı günəşin mənfi təsirlərindən qoruyacaq. Bu prosesi həyata keçirən tamamilə yağlardan ibarət tərkib-çobanyastığı, avakado, jojoba, zeytun və moruq yağıdır. Xüsusi titan diyircək sayəsində məhsulun nəfəs almasını təmin edir və bakteriyalarla qarşılaşmasının qarşısı alınır.

10ml tərkibi sayəsində uzun müddət istifadə edə biləcəyiniz, əvəzolunmaz eliksir gözəllik reseptinizdə yerini alacaq. Həm kişilər, həm də qadınlar yaş məhdudiyyəti olmadan istifadə edə bilərlər. Ən azı 40 gün müntəzəm olaraq gecə istifadə etməyiniz məqsədəuyğundur. Səhər və axşam təmiz dəriyə, göz altı və ətrafına, iki qaş arasına sağdan sola olmaqla masaj edərək daha canlı və sağlam göz ətrafı nahiyəsinə sahib ola bilərsiniz.

Türkiyənin məşhur brendi olan “Harrem” dünyanın dörd bir yanında məhsullarını ən yüksək keyfiyyət və xidmətlə istehlakçılara təqdim edir. Azərbaycanda isə bu məhsulları Wegros platformasından tam əminliklə əldə edə bilərsiniz!

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.az/az/ka%C5%9F-kirpik-serumu-2