Sağlam ağız boşluğu sağlam orqanizmdən xəbər verir. Onun qayğısına qalmaqla siz daha gümrah həyata sahib ola bilərsiniz. Əlbəttə, hazırda diş və damaq üçün çoxsaylı məcunlar var ki, onlar arasında “Faberlic”-in “Oksigenli profilaktik” diş məcunu xüsusi rəğbət qazanıb. Çünki tez-tez damaq iltihabı problemi ilə qarşılaşanlar bu məhsulun effektiv olduğunu bildirir.
Fins.az-ın məlumatına görə, tərkibindəki çobanyastığı, dazı və ivan çayı təbabətdə yetərincə bilinən və sağlamlıq məqsədilə istifadə olunan bitkilər sırasındadır. Bu bitkilərin hər biri bioloji aktiv maddələrə malik olduğu üçün birbaşa diş və diş əti problemlərinin həll olunmasına xidmət edir. İltihabəleyhinə xüsusiyyəti ilə damaq qanamasının qarşısını alır. Aktiv ftor və oksigen kompleksi (Novaftem-O2) dişləri kariyesdən qoruyur. Timol tərkibli olduğu üçün antiseptik olaraq ağız boşluğunu mikroblardan qoruyur. İstifadəsi zamanı uzunmüddətli təravətləndirici xüsusiyyətə sahibdir. Müalicəvi otlarla diş və diş ətini möhkəmləndirir, canlandırır və bərpa edir. Buna görə də bütün ailə üzvü üçün uyğundur.
Məcun səhər və axşam yeməkdən sonra sistematik ağız baxımı üçün nəzərdə tutulub. Effektiv nəticə üçün dişlərinizi 1,5-2 dəqiqə fırçalayın, sonra ağzınızı yaxşıca yaxalayın. Təsadüfən udulduqda təhlükəsizdir. İstehsal tarixindən etibarən 18 ay müddətinə yararlıdır.
Elmi araşdırmalarla effektivliyi sübut olunan “Oksigenli profilaktik” diş məcununu sadəcə bir kliklə əldə edə bilərsiniz!
Keyfiyyət standartlarına dəqiqliklə cavab verən və bunun əsasında sertifikatlara nail olan “Faberlic” şirkəti sizin üçün ilhamverici fikirlərlə çıxış edərək daha gözəl və sağlam görünməyinizi özünü əsas hədəf seçib. Elmi tədqiqatçılar və mütəxəssislərlə birgə aparılan araşdırmalar və bu araşdırmalarla əldə edilən məhsullar istifadəçilərdən tam qiymət alıb. Əsas qayəsi müştəri rahatlığı olan Wegros və Faberlic-in birgə əməkdaşlığı ilə daha geniş müştəri bazası yaranıb.
Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla alış-veriş etməsinə şərait yaradır.