Bildiyimiz kimi bal təbiətin bizə bəxş etdiyi ən mükəmməl qidalardandır. Güclü antibiotik olan balın minlərlə faydası var ki, məhz bu faydaların əldə edilməsi, daha əlçatan olması yönündə müxtəlif işlər gedir. Bunun nəticəsində, baldan müxtəlif məhsullar hazırlanır. Bəzi hallarda düşünülür ki, balın saf halı orqanizm üçün elə ən yaxşısıdır. Amma unutmaq olmaz ki, baldan hazırlanan məhsullar da ən az balın özü qədər faydalı və yararlıdır. Bunu ən yaxşı bacaran isə illərdir ölkədə fəaliyyət göstərən “Arıdan by bee” brendidir.
Fins.az xəbər verir ki, “Arıdan by bee” firması birbaşa bal və bal məhsullarının hazırlanması və satışı ilə məşğuldur. “Bal qaymağı” isə xüsusi rəğbət qazanan məhsullardandır. Çoxlarına maraqlı gələn bal qaymağını “zabrus” adı ilə də eşitmək mümkündür. Belə ki, arılar şanın kiçik kameralarını balla doldurur, daha sonra onun ağzını mumla bağlayıb möhürləyirlər. Tam xalis məhsulu mikroblardan qorumaq üçün arılar həmin hissələrə lizosim fermenti əlavə edir. Möhür isə propolis və çiçək tozu qarışımından hazırlanır. Ətraf mühitdən izolə edilməsi sayəsində heç bir infeksiya və mikrob bal qaymağına yol tapa bilmir. Beləliklə, ağız-damaq xəstəliklərindən tutmuş, ağciyər xəstəliklərinə qədər yüksək təsir göstərir. Tərkibindəki lizosim fermenti bal qaymağını bioloji aktiv maddələr toplusuna çevirir.
Mikroelementlər, üzvi turşular, vitaminlərlə zəngin məhsul diş əti xəstəlikləri, tənəffüs yolu xəstəlikləri, tüpürcək vəzi patologiyaları, sinuzitlərdə effektivdir. Xoşagəlməz ağız qoxusuna qarşı mübarizə apararaq təravətləndirici təsir göstərir. Antibakterial xüsusiyyəti ilə iltihab əleyhinə, damaq şişkinliyi və mədə-bağırsaq xəstəliklərində istifadə olunur.
Gün ərzində 60-100 qram istifadə edilə bilər. Ümumi olaraq arı və arı məhsullarına allergiyası olanların həkim məsləhəti ilə qəbul etmələri tövsiyə olunur.
Xalis bal və bal məhsullarının tək ünvanı “Arıdan by bee” məhsullarını Wegros platformasından bir kliklə və təhlükəsiz ödənişlə əldə edə bilərsiniz!
Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla alış-veriş etməsinə şərait yaradır.
//wegros.az/az/bal-qayma%C4%9Fi-zabrus