BİZNES

21 Sentyabr

Mavi sapfirin qalibiyyəti

Hər bir görüşün özəlliyi onun xatirələrində gizlənir. Əgər o xatirələrdə yaddan çıxmayan xüsusi ətir varsa, deməli, həmin görüş yaddaşlara həkk olunacaq.

Fins.az xəbər verir ki, əbədi yaddaşlara həkk olunmaq və hər xatirədə o anı yaşamaq istəyinizi nəzərə alan “Korona Parfume” brendi “Boadicea the victorious blue sapphire” ətri ilə qarşınızdadır.

Dünyanın ən sehrli nöqtələrinə və ülvi arzularına səyahət etməyin üçün ətir özündə həm gül qoxularını, həm də sitrus meyvələrini birləşdirir. Kəskin və cəlbedici çiçəklərdən olan qızılgül, yasəmən və paçuli daha sehrli olmaq üçün kardamon limonu və portağalla birləşir. Nəhayət, hamının xatirələrinin canlandığı o ətir meydana gəlir.

Qalibiyyət həzzini yaşamaq üçün əsrarəngiz ətir həm kişi, həm də qadınlar üçün nəzərdə tutulub.

Əgər siz də bu möhtəşəm özəlliyi duymağa hazırsınızsa, Wegros platformasına bir kliklə keçid edin!

“Korona Parfume” dünyanın 800-dən çox ətir brendini öz markası altında birləşdirir və ölkəyə Avropa ölkələrindən-Böyük Britaniya, İspaniya, İtaliyadan ixrac olunur.  Ətirlərin tərkibi yalnız ətir yağından və parfum suyundan ibarətdir. Hazırlanmasında heç bir sintetik vasitədən istifadə edilmədiyi üçün dəridə qaşınma, səpki kimi allergik reaksiyalara yol vermir. Qalıcılığı 2-3 gün boyunca davam edir ki, bu da sizin dərinizin yağlı və ya quru olmasından asılı olaraq dəyişir. Eləcə də qeyd edək ki, tünd qoxunun qalıcılığı sərin ətirlərə nisbtən daha qalıcıdır. Ətrin qoxusu qaldıqca tündləşmir, korlanmır. Ətrin istehsal prosesi 20 gün davam edir. Müəyyən olunmuş miqdarda ətir qarışımları 20 gün ərzində soyuq şəraitdə saxlanılır, saxlanma prosesi bitdikdən sonra qablaşdırılır və satışa verilir.

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.az/az/boadicea-the-victorious-blue-sapphire-50ml