BİZNES

20 Sentyabr

Optimal sağlamlıq təşviqatçısı-“Forever daily”

Bəzən qidalardan düzgün istifadə edilməməsi orqanizmə daxil olacaq vitaminlərdə boşluqlar yarada bilər. Nəzərə alsaq ki, orqanizmin gün ərzində müxtəlif vitaminlərə ehtiyacı var, elə isə bunu gözardı etmək olmaz. Əgər qida balanslaşdırılmış deyilsə vitamin çatışmazlığı ilə müəyyən xəstəliklərə yoluxma riski daha da artır. Bunu aradan qaldırmaq üçün “Forever Living” şirkəti “Forever daily” qida əlavəsini hazırlayıb.

 “Forever daily” qida maddələrinin bədəninizə maksimum daxil olunmasına kömək etmək üçün aloedən istifadə edən eksklüziv AOS Kompleksilə gücləndirilən multivitamindir. Düzgün qidalanma dedikdə, təkcə vitamin miqdarı deyil, həmçinin bədənin bu vitamini nə dərəcədə qəbul etmə və mənimsəmə səviyyəsi də nəzərdə tutulur. AOS Kompleksi vitamin, mineral, amin turşuları və aloe polisaxaridlərinin birləşməsidir və xüsusi olaraq orqanizm tərəfindən əsas qida maddələrinin istifadəsini yaxşılaşdırmaq üçün nəzərdə tutulub.

Alma, çuğundur, qırmızı bibər, pomidor, çiyələk, zoğal, kələm, ispanaq, soğan, brokoli, qaragilə, nar və digər belə toz qarışımı ilə əldə edilən məhsul özündə nə az, nə çox düz 55 vitamin və mineral ehtiva edir. Onu da qeyd edək ki, məhsul qlütensizdir.

Optimal sağlamlıq və canlılığı təşviq etmək üçün “Forever daily” ən yaxşı seçimdir. Adından da bəlli olduğu kimi, qida əlavəsi gündəlik istifadəyə uyğundur. Gün ərzində 2 tablet sizə lazımi dəstəyi göstərəcək.

Forever Living şirkəti dünyanın ən böyük Aloe Vera istehsalçısıdır. 40 ildən çoxdur ki, sağlamlıq və gözəllik üçün ən yaxşı təbii mənbələri araşdırıb tapmağa və bunları bütün dünya ilə bölüşməyə çalışır. Keyfiyyət və saflığı əsas götürərək dünyada hər kəsin daha yaxşı görünməsi və hiss etməsi üçün böyük həvəslə xidmət edir. Azərbaycanda isə bu missiyanı üzərinə götürən Wegros icma əsaslı onlayn alış-veriş platformasıdır.  Wegros platformasından asan və rahat ödəniş sistemi ilə məhsulu əldə edə bilərsiniz.

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.az/az/forever-daily