BİZNES

19 Sentyabr

“Vip Life”-dən doymayacağınız yumşaqlıq

Əgər siz paltarlarınızda ideal yumşaqlığa, maksimal effektivliyə və ekoloji qayğıya nail olmaq istəyirsinizsə, o zaman axtarışınızı dayandırın! Çünki “Vip Life” şirkəti sizin yerinizə çarə tapıb.

Fins.az xəbər verir ki, artıq isti geyimlərə keçid dövrüdür. Həmin geyimlərin materialı bir qədər fərqli olduğu üçün müəyyən müddətlik istifadədən sonra sallanmağa, rəngini və yumşaqlığını itirməyə başlayır. Bu isə adətən, ailənin qənaət hədəflərini puç edir. Keyfiyyət deposu olan “Vip Life” brendi belə halların qarşısını almaq üçün “Eco Soft” paltar yumşaldıcılarını istifadəyə verib.

“Eco Soft” paltar yumşaldıcısı paltarlarınızın yuyularkən suyun sərtliyindən təsirlənməməsinə, daha yumşaq olmasına şərait yaradır. Parça liflərini bürüyərək paltarın daha hamar olmağını təmin edir. Proses paltarın yuyulduğu andan başladığı üçün paltaryuyan maşının zədələrindən qoruyur. Beləliklə, onlar gündəlik istifadə üçün daha əlçatan olur. Eyni zamanda yumşaldıcı həm qara, həm də rəngli paltarlarda istifadə edilə bilər. Çünki paltarlarınızın rəngi uzun müddət “Eco Soft”-un köməyi ilə ilk günkü canlılığını qoruyub saxlayacaq. İnnovativ formulu sayəsində paltar yumşaldıcısı parçaların liflərindən qayğı ilə əhəng və yuyucu vasitələrin qalıqlarını yuyub təmizləyir. Yumşaldıcının iplik xüsusiyyətləri ilə qırışlar azalır. Bununla paltarın ütülənməsi daha rahat olur. Nəticədə, siz həm vaxtınıza, həm də elektrik enerjisinə qənaət etmiş olacaqsınız. Yumşaldıcının başqa üstünlüyü onun parfum kimi qoxub günlərlə həmin qoxunu özündə saxlamaq qabiliyyətidir. Buna görə də gün ərzində  “lavanta” və “fresh” qoxusu ilə həm özünüzü, həm də ətrafınızdakıları valeh edə bilərsiniz. Dermatoloqlar tərəfindən dəriyə xoş təsir bəxş edən yumşaldıcı kimi qiymətləndirilməsi isə əsas keyfiyyət göstəricilərindəndir.

“Vip Life” müasir ekoloji cəhətdən insan sağlamlığı üçün təhlükəsiz vasitələr toplusudur. Bütün məqsədi insan sağlamlığına və həyati məkanın ekologiyasına zərərli təsir göstərməyən qulluq üçün yüksək keyfiyyətli məhsullar təqdim etməkdir. Siz də bu məhsulları əldə etmək istəyirsinizsə, Wegros platformasına keçid edərək təhlükəsiz onlayn alış-verişin dadını çıxara bilərsiniz!

Wegros icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

//wegros.az/az/paltar-yum%C5%9Faldiricisi-fresh-eco-soft-1-litr