BİZNES

13 Sentyabr

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 15%-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 10 864,8 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 15,4% çox vəsait yönəldilib.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 12,2%, qeyri neft-qaz sektoruna investisiyalar isə 17,1% artıb.

8 ay ərzində istifadə olunmuş vəsaitin 6 199,6 milyon manatı və yaxud 57,1%-i məhsul istehsalı sahələrinə, 4 116,1 milyon manatı və yaxud 37,9%-i xidmət sahələrinə, 549,1 milyon manatı və yaxud 5%-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 8 336,5 milyon manatını və yaxud 76,7%-ni daxili vəsaitlər təşkil edib, 7 928,4 milyon manatı və yaxud 73%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 46,1%, büdcə vəsaitləri 39,3%, əhalinin şəxsi vəsaitləri 6,5%, bank kreditləri 2,8%, sair vəsaitlər isə 5,3% paya malik olub.

Fuad Mədətov
Fins.az