ABŞ-da istehlak qiymətləri avqust ayında əvvəlki ilə nisbətən 3,7 faiz artıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, iqtisadçılar illik artımın 3,6 faiz olacağını gözləyirdilər.
Aylıq inflyasiya 0,6 faizlə gözləntilərə uyğun olub.
Əsas göstəricilərdə aylıq artım məhdud olsa da, gözləntiləri üstələyib. Avqust ayında ərzaq və enerji məhsulları istisna olmaqla istehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,3 faiz artıb.
Ərzaq və enerji istisna olmaqla, istehlak qiymətləri avqust ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artıb. İyulda illik baza inflyasiyası 4,7% olaraq qeyd edildi.
Günel Məlikzadə
Fins.az