BİZNES

13 Sentyabr

Bu il rubl xarici valyutalar qarşısında dəyər qazanacaq? - Sberbank-ın baş icraçı direktoru

Rusiyanın dövlət kanalı “Rossiya-24”ə açıqlamasında Sberbank-ın baş icraçı direktoru (CEO) German Qref bu il xarici valyutalar qarşısında dəyər itirən rublun durumundan danışıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, içraçı direktor bazarda sərmayə axını olduğu zaman ənənəvi olaraq bu vəziyyətlə faiz artımı ilə mübarizə aparıldığını izah edib:

“Ancaq hazırkı vəziyyətdə bu, Rusiya Mərkəzi Bankının etdiyi faiz artımı üçün keçərli deyil. Valyuta bazarında arbitraj o qədər yüksəkdir ki, faiz dərəcəsini 4 və ya 5 bənd artırmaqla heç nə həll olunmur”.

G.Qref onu da vurğulayıb ki, rublun sabitləşməsi üçün atılan addımları qeyri-kafi gördüyünü deyib:

“Rublu sabitləşdirmək üçün edilənlər kifayət deyil. Həm Rusiya Mərkəzi Bankı, həm də hökumət bunu çox yaxşı başa düşür, ona görə də problemin səbəblərini anlamaq və həll yollarını tapmaq üçün çalışırlar”.

Günel Məlikzadə
Fins.az