BİZNES

13 Sentyabr

AÇG layihəsi çərçivəsində indiyədək 168 milyard dollar xalis mənfəət əldə edilib

BP və onun tərəfdaşları Azərbaycan, Gürcüstan və Türkiyə üzrə həyata keçirilən layihələrə 84 milyard dollar sərmayə yönəldib. Bu investisiyaların 30 faizi BP-nin payına düşüb.

Fins.az xəbər verir ki, bunu Energetika Nazirliyinin jurnalistlər üçün Səngəçal terminalına təşkil olunmuş media-tur çərçivəsində təqdimat zamanı "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, Azərbaycan "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokunun (AÇG) işlənilməsi layihəsi çərçivəsində 2001-ci ildən indiyədək 168 milyard dollar xalis mənfəət əldə edib.