BİZNES

12 Sentyabr

Gömrük xətti ilə büdcə daxilolmaları 10.4% artıb

Bu ilin yanvar-avqust aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 4 milyard 159.5 milyon manat təşkil edib.

Fins.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10.4% çoxdur.

Ötən ilin eyni dövründə bu rəqəm 3 milyard 767 milyon manat təşkil edib.

Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 18% artaraq 1 milyard 68.9 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 7.4% artaraq 2 milyard 912.7 milyon manat, aksizlər üzrə daxilolmalar 38.8% artaraq 147.6 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 28.1% azalaraq 30.25 milyon manat olub.

Fuad Mədətov
Fins.az