İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Çinin “Jiubai Import Export” şirkəti ilə Azərbaycanda “yaşıl enerji” və elektrik avtomobillərin istehsalı haqqında müzakirə aparıb.
Fins.az xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkə hesabında yazıb.
“Ətraf mühitin qorunmasi önəmindən irəli gələrək qeyd olunan sahələrdə investisiyaların cəlb olunması prioritet məsələlərdəndir”, - deyə O. Məmmədov bildirib.
Günel Məlikzadə
Fins.az