BİZNES

11 Sentyabr

Azərbaycan bankları biznes kreditlərinə tələbin artacağını gözləyir

Azərbaycan bankları bu ilin III rübündə biznes kreditlərinə tələbin 19 % artacağını gözləyir.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.

"Banklar, həmçinin mikro subyektlərin kreditə tələbinin 17 %, KOS-ların kreditə tələbinin 17%, iri sahibkarlıq subyektlərinin kreditə tələbinin isə 8 % artacağını proqnozlaşdırırlar", - məlumatda deyilir.

Bildirilir ki, bu ilin II rübündə Azərbaycan banklarında biznes kreditlərinə tələb 15 % artıb.

Bununla yanaşı, II rübdə mikro subyektlərin kreditə tələbi 17 %, KOS-ların kreditə tələbi 15 %, iri sahibkarlıq subyektlərinin kreditə tələbi 4 % artıb.

Fuad Mədətov
Fins.az