Bu il 3-cü dəfə keçiriləcək "Rebuild Karabakh” Sərgisində KOB-ların iştirakına
dəstək üçün KOBİA xüsusi stend quracaq.
Bu barədə Fins.az-a KOBİA-dan məlumat verilib.
19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq
Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi ("Rebuild Karabakh 2023")
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin
tanıdılmasına, satış imkanlarını genişləndirməsinə və yeni biznes əlaqələri
qurmasına dəstək məqsədilə bu il də sərgidə Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) xüsusi stendlə təmsil olunacaq.
Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən
və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB-lar 5 oktyabr 2023-
cü il tarixinədək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər:
//bit.ly/3Rbs44I (Qeyd: “İştirak etmək istədiyiniz tədbir” bölümündə “Rebuild
Karabakh 2023” qeyd olunmalıdır).
Qeyd edək ki, "Rebuild Karabakh" Sərgisi Qarabağın bərpasına həsr olunmuş
yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin məqsədi işğaldan azad olunduqdan
sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqəti
çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında
iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir. “Rebuild Karabakh”
sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı,
mədənçilik, nəqliyyat, enerjiyə qənaət sistemləri, “ağıllı ev” həlləri, təhlükəsizlik,
turizm və mədəni irs, yol tikintisi və infrastrukturu bölmələrindən ibarət olacaqdır.
Nurlan Zeynalov
Fins.az