Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Dünya Türk Biznes Şurasının Azərbaycan nümayəndəsi Barış Altıparmak ilə görüşüb.
Fins.az xəbər verir ki, KOBİA-dan bildirilib ki, görüşdə türk ölkələrinin biznes qurumları ilə əməkdaşlıq imkanları, eləcə də gələn həftə İstanbulda keçiriləcək Dünya Türk Biznes Şurasının 10-cu qurultayında KOBİA-nın iştirakına dair məsələlər müzakirə edilib.