BİZNES

06 Sentyabr

Türkiyə şirkəti ilə xidmət sahəsində rəqəmsallaşmaya dair fikir mübadiləsi aparılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Gateway Management Logistics Inc.” şirkətinin İdarə Heyətinin sədri Halis Ali Çakmak ilə görüşüb.

KOBİA-dan Fins.az-a bildirilib ki, görüşdə son dövrlərdə iqtisadiyyatın bütün sektorlarını əhatə edən rəqəmsallaşma və onun KOB-lar üçün yaratdığı imkanlar, rəqəmsal həllər üzrə təşəbbüslər, eləcə də viza alınması prosesində peşəkar həllərə dair fikir mübadiləsi aparılıb.