BİZNES

06 Sentyabr

Hazırda Türkiyədə 76 fintex şirkəti lisenziyalı olaraq fəaliyyət göstərir

Hazırda Türkiyədə 76 fintex şirkəti lisenziyalı olaraq fəaliyyət göstərir.

Fins.az xəbər verir ki, bu barədə forumun təşkilatçısı “Fintex İnnovation Hub” şirkətinin təsisçisi Kutay Yalınkılıç sentyabrın 6-da Bakıda keçirilən Azərbaycan-Türkiyə fintex forumunda deyib.

O bildirib ki, yaxın zamanda lisenziyalı şirkətlərin sayı 100-ə çatacaq. Türkiyədəki fintex şirkətləri 10 illik təcrübəyə malikdir: “Bu şirkətlər ödəmə xidmətləri, elektron pul köçürmələri əməliyyatlarını həyata keçirir. Bizim məqsədimiz Türkiyədəki bu təcrübələri həm tənzimləyərək, həm də tətbiq edərək Azərbaycan və digər ölkələrdəki fintex şirkətləri arasında əlaqə yaratmaqdan ibarətdir”.