Bu gün Azərbaycan Mərkəzi Bankında( AMB) İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının baş icraçı direktoru Oussama Abdel Rahman Kaissinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Fins.az xəbər verir ki, AMB-nin sədri Taleh Kazımov bu barədə “X” hesabında bildirib.
Bildirilib ki, “Görüşdə investisiyaların və ixrac kreditlərinin İslami prinsiplər əsasında sığortalanması məsələlərinə, xüsusən də bu maliyyə münasibətlərinin ölkəmizdə real sektorun və maliyyə sisteminin inkişafına töhfəsinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda təşkilatlar arasında gələcək inkişaf imkanları ilə bağlı məsələlər müzakirə edilib”.