2023-cü ilin yanvar-iyul aylarında “Azəralüminium” MMC 77.4 milyon dollar dəyərində məhsul ixrac edib.
Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 18.9% və ya 17.9 milyon dollar azalıb.
Qeyd edək ki, 2022-ci ilin ilk 7 ayı ərzində “Azəralüminium” MMC 95.3 milyon dollar dəyərində məhsul ixrac edib.