BİZNES

31 Avqust

Yenilik məcrası "Wegros"da WES tokenlər

Hazırki dövrdə rəqəmsallığa keçid və bunun əsasında dayanan müştəri xidmətlərinin fəaliyyəti ümumi iş prosesinin asanlaşdırılmasına, konfidensiallığa, bir kliklə yüksək səviyyədə xidmətin göstərilməsinə hesablanıb. Əsas hədəfi müştəri məmnuniyyəti olan "Wegros" platforması da rəqəmsal dünyanın mərkəzində dayanaraq onlayn əsaslarla keyfiyyətli iş həyata keçirir. "Wegros" icma əsaslı onlayn alış və satışın həyata keçirildiyi ən müasir ticarət platformasıdır. Dövrün tələblərinə uyğun şəkildə məhsul nümayişi, təhlükəsiz və sərfəli qiymətlərlə alış-veriş imkanı yaradır. Platforma istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa körpü rolunu oynayır. Bu isə etibarlı ticarətin yaranmasına və davam etməsinə xüsusi töhfə verən addımlardandır. Belə ki, onlayn alış-veriş platforması, həmçinin Wegros tokenlərinin yaradıcısıdır. Platforma 25-27 iyul 2023-cü ildən etibarən mükafat sistemi olaraq istifadə edilən "Wegros" tokenlərini “PinkSale” platformasında satışa çıxarıb. Satışa çıxarıldığı andan bir çox beynəlxalq yatırımçıların rəğbətini qazanan "Wegros" tokenləri yerli bazarda da diqqəti cəlb edib. Hazırda bu tokenlərin 3 mərkəzsiz DEX birjasında və 2 mərkəzi Azbit və Coinsbit birjalarında satışı həyata keçirilir.

Profi.az xəbər verir ki, kriptovalyutalar dünyada rəqəmsal məlumat mübadiləsində ən təhlükəsiz sistem olan blokçeynə əsaslanır. Əldə edilməsi çox asan olan bu valyuta növünün dövriyyəsində üçüncü şəxs və ya şəxslər iştirak etmir. Bu da sizin təhlükəsiz şəkildə kriptovalyutadan istifadə etməyinizi təmin edir. Nəzərə alsaq ki, kriptovalyuta və blokçeyn texnologiyaları bütün dünyada inkişaf edən texnologiyadır, buna görə də yeniliyi özünə hədəf seçən Wegros platforması bu kimi texnologiyaların tətbiqi istiqamətində aparıcı rol oynayır.

Daha asan və əlçatan olmaq üçün "Wegros" platforması sizin üçün belə bir təklif verir- məişətdə gündəlik istifadə edilən məhsulları məhz buradan əldə edərək yüksək keşbek bonusları əldə edin. Bu bonusları daha sonra platforma daxilində məhsullara dəyişmək, eyni zamanda texniki inteqrasiyalar sayəsində kommunal və digər ödəmə imkanları çərçivəsində istifadə edə bilərsiniz. Platforma daxilində qazanılan WES bonus xallarını “Binance Smart Chain” blokçeynində istifadəyə verilmiş WES tokenlərə dəyişə bilərsiniz.

"Wegros" icma əsaslı onlayn alış-veriş platforması olub istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa əlaqəni təmin edir. “Matrix Marketing” modelindən istifadə edərək istehsalçı və istehlakçıların məhsul və xidmətlərdən yüksək səviyyədə yararlanmasına xidmət edir. Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran Wegros platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Bu da istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradır.

Siz aşağıdakı linkə keçid edərək WES tokenlərini əldə etmə qaydası ilə tanış ola, daha sonra həmin ünvandan bu tokenləri əldə edə bilərsiniz!