2023-cü ilin birinci yarısında Bakı şəhərində 6631 yeni müəssisə və təşkilat yaradılıb.
Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin birinci yarısında Bakıda 31 854 yeni iş yeri yaradılıb.
Xatırladaq ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə yeni yaradılan müəssiə və təşkilatların sayı 0.06% azalıb, yeni iş yerlərinin sayı isə 17.2% artıb.
Qeyd edək ki, bu ilin ilk altı ayı ərzində Bakıda mövcud müəssisə və təşkilatlarda 29 978 yeni iş yeri, yeni müəssisə və təşkilatlarda isə 1839 yeni iş yeri açılıb.
Əlavə edək ki, hesabat dövründə paytaxtda yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 11 218 olub.