2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan Qazaxıstana 66 milyon 472 min dollar dəyərində qeyri-neft məhsulu ixrac edilib.
Fins.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə və ya 34.2 milyon dollar çoxdur.
2022-ci ilin ilk 7 ayında Azərbaycandan Qazaxıstana 32.2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Qazaxıstan arasında olan ticarət dövriyyəsi illik müqayisədə 32% və ya 112.1 milyon dollar azalaraq 237.9 milyon dollara bərabər olub. Bu dövrdə Qazaxıstana ümumi ixrac 68.6 milyon dollar, Qazaxıstandan ümumi idxal isə 169.3 milyon dollar təşkil edib.