Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 milyard 681,7 milyon manat xərclənib.
Dövlət Statistika Komitəsindən Fins.az-a bildirilib ki, 2022-ci ilin müvafiq ayları ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 5,7 % artıb.
2023-cü ilin ilk yeddi ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,4 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.