BİZNES

10 Avqust

Pivəlik arpa emalı zavodu istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək

İmişli rayonunda Azərbaycan İnvestisiya Şirkəti, “Azərşəkər” MMC və Azərsun Kənd Təsərrüfatı Məhsulları MMC-nin (Azersun Holding) birgə investisiyası ilə reallaşdırılacaq pivəlik arpa emalı zavodu layihəsi ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək layihələrdən biridir.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, investisiya dəyəri 25 milyon manat olan müəssisə ölkəmizdə fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək. Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri davam edir.

Leyla Fikrətqızı
Fins.az