BİZNES

07 Avqust

Wegros-da Premium hesab sahibləri yüksək keşbek bonuslar qazana bilər

“Wegros” icma əsaslı onlayn alış və satışın həyata keçirildiyi ən müasir ticarət platformasıdır. Dövrün tələblərinə uyğun şəkildə məhsul nümayişi, təhlükəsiz və sərfəli qiymətlərlə alış-veriş imkanı yaradır. Platforma istehsalçı, xidmət təminatçıları və istehlakçılar arasında birbaşa körpü rolunu oynayır. Bu isə etibarlı ticarətin yaranmasına və davam etməsinə xüsusi töhfə verən addımlardandır. Digər əsas xüsusiyyət sadələşdirilmiş alış-veriş imkanı sayəsində istehlakçıların bir-birləri ilə ünsiyyət qurmaq, təcrübələrini bölüşə bilmək üstünlüyüdür. Həmçinin, platforma bəyənilən məhsulların paylaşılması, səsvermə və trendə çevrilməsi üçün xüsusi kommunikasiya və təhlil alətləri təqdim edir.

“Wegros”dan Fins.az-a verilən məlumata görə, asan və şəffaf ticarətin bir ünvanda cəmləşdiyi platformada proseslər iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət brend və xidmətlər üçün icma yaratmaq, ikinci isə platformaya gətirilən və tələb olunan məhsul və xidmətlərin təqdim edildiyi icmalar. “Wegros” platformasında “Analar və uşaqlar”, “Qadın”, “Kişi”,  “Gözəllik və sağlamlıq”, “Sağlam qidalanma”, “Orqanik məhsullar”, “Qida və içkilər”, ”Ev və bağ”, “Ofis”, “Heyvansevərlər”, “Şəxsi inkişaf”, “Avtomobil” icmaları fəaliyyət  göstərir ki, nəticədə, eyni maraqlar çərçivəsində istehlakçılar həm alış-veriş edə, həm də  müəyyən məhsullar üzərində fikir mübadiləsi apara bilərlər.

Platformanın müasir məkana keçid etməsi və inkişafı üçün “Matrix Marketing” modelindən istifadə olunur. İstehsalçılar məhsullarını platformada yerləşdirərək  onlara verilən şəxsi kabinetdən satışı izləyir, lazım gələrsə, məhsulların video və fotolarını, istifadə təlimatlarını paylaşa bilirlər. İstehlakçılar “Standart” və “Premium” olmaqla alış-veriş edə bilərlər. Birbaşa illik abunə haqqı ödəyərək “Premium” hesab əldə etmək olar. Eyni zamanda, “Standart” hesabda olan istehlakçılar da topladıqları 186 WES bonusunun 15 dollar dəyərinə çatdıqda “Premium” üzvlüyü aktivləşdirə bilərlər. Eləcə də “Premium” hesab sahibləri alış-veriş zamanı yüksək keşbek bonuslar qazana bilər.

Elektron kommersiya sahəsində peşəkar və innovativ həllər formalaşdıran “Wegros” platforması istehsalçılara məhsullarını qlobal səviyyədə müxtəlif icmalara satmaq üçün sərhədlərarası imkan yaradan çoxsaylı əməkdaşlıq həyata keçirir. Nəticədə,  istehsalçı və istehlakçıların maksimum rahatlıqla  alış-veriş etməsinə şərait yaradılır.

Siz də “Wegros” platformasında öz məhsullarınızı yerləşdirə bilərsiniz. Eyni zamanda, istehlakçı olaraq məhsul və xidmətlərdən faydalana bilərsiniz.

Veb-sayt: www.wegros.com
Tətbiq: www.wps.com/d/?from=t