BİZNES

01 Avqust

Azərbaycanda pul bazası iyulda azalıb

Bu günə Azərbaycanda pul bazası 18 milyard 262,6 milyon manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,8 % azdır.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 4,6 %, son 1 ildə isə 13,3 % artıb.