BİZNES

28 İyul

İyunda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələr sırasında Rusiya birincidir

İyunda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (148,3 milyon ABŞ dolları) birinci olub.

Fins.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul nömrəsinə istinadla bildirir ki, ötən ay qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (47,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Yanvar-iyun aylarında isə Rusiya Federasiyasına 552,3 milyon ABŞ dolları, Türkiyəyə 512,5 milyon ABŞ dolları, Gürcüstana 180,3 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 68,6 milyon ABŞ dolları, Qazaxıstana isə 58 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.