BİZNES

24 İyul

“Abşeron Logistika Mərkəzi ilə “Qırğızıstan Dəmir Yolu” NK Dövlət Müəssisəsi arasında memorandum imzalanacaq

“Abşeron Logistika Mərkəzi ilə “Qırğızıstan Dəmir Yolu” NK Dövlət Müəssisəsi arasında memorandum imzalanacaq.

Bu barədə Fins.az-a Qırğızıstan səfərdə olan “Gəncə İş Adamları İctimai Birliyi”ndən məlumat verilib.

Məlumat qeyd olunub ki, “Gəncə İş Adamları İctimai Birliyi” və Azərbaycan-Qırğızıstan Ticarət Evinin birgə təşkilatçılığı ilə Azərbaycan sahibkarları Qırğızıstanda işgüzar səfərləri çərçivəsində forumda iştirak edəcəklər. Forumdan sonra qarşılıqlı razılaşmalara əsasən sənədlər imzalanacaq. İlkin anlaşma görə, “Abşeron Logistika Mərkəzi ilə “Qırğızıstan Dəmir Yolu” NK Dövlət Müəssisəsi arasında memorandum imzalanacaq.

Qeyd edək ki, iyulun 22-də “Gəncə İş Adamları İctimai Birliyi”nin təşkilatçılığı ilə Qırğızıstana biznes tur təşkil olunub. Biznes tur çərçivəsində sahibkarlar Qırğızıstan iş dünyasıyla yaxından tanış olmağına və qarşılıqlı iş birliyi anlaşmalarına fürsət yaranır.

Qırğızıstana təşkil olunmuş biznes tur iyulun 29-dək davam edəcək.

Bir çox şirkətlərin iştirak edəcəyi tədbirin əsas məqsədi ölkələr arası iqtisadi ticarətin gücləndirilməsi və inkişaf etdirilməsidir.

Fuad Mədətov
Fins.az