BİZNES

27 İyul

Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

İyunda ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə artıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, cari ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 min 625 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2867 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 751 milyon manatı POS-terminallar, 6 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 52.3 faizini təşkil edib.