BİZNES

26 İyul

SOCAR-ın prezidenti “MOL Group” şirkətinin strateji əməliyyatlar və korporativ inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşüb

İyulun 25-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MOL Group” şirkətinin strateji əməliyyatlar və korporativ inkişaf üzrə icraçı vitse-prezidenti, İdarə Heyətinin üzvü György Bacsa ilə görüşüb.

Fins.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda, “MOL Group” şirkəti ilə uzunmüddətli əməkdaşlıqdan, səmərəli tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib, “MOL Group” şirkətinin “Azəri-Çıraq-Dərinsulu Günəşli” və Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihələrində uğurla iştirak etdiyi, Azərbaycan neft-qaz sənayesinin inkişafına dəyərli töhfə verdiyi bildirilib.

Görüş çərçivəsində tərəflər arasında mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.