BİZNES

25 İyul

Dövriyyədə olan ödəniş kartlarının sayı artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı iyun ayının sonunda ötən aya nəzərən 299 min ədəd artaraq 15 milyon 40 min ədəd təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.8 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 17.7 faiz, kredit kartları üzrə 26.3 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 107 min, kredit kartları 421 min, digər kartlar isə 1.7 milyon ədəd artıb.