BİZNES

25 İyul

Dəniz nəqliyyatı ilə yükdaşıma 4 dəfə artıb

Bu ilin 6 ayında Azərbaycanda dəniz nəqliyyatı ilə 930 milyon dollar dəyərində 1,4 milyon ton yük daşınıb.

Fins.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 94,1 faiz və 4 dəfə çoxdur. Həmin dövrdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə 3,5 milyon tondan çox yük aşırılıb ki, 2022-ci illə müqayisədə 12 faizlik artım deməkdir.

Altı ay ərzində dəniz nəqliyyatı ilə ixrac olunan yüklərin dəyəri 83 milyon 45 min dollar bərabər olub, 847 milyon dollarlıq yük isə idxal olunub. Son bir ildə ixrac olunan yüklərin həcmi 3,2 dəfə artıb.