Bu ilin 6 ayında Azərbaycan 493 min 210 ton buğda idxal edib.
Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın idxal dəyəri 145 milyon 565 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 92 min 462 (23 %) ton, dəyər baxımından isə 2 milyon 462 ton (1,8 %) çoxdur.
Xatırladaq ki, bu Azərbaycanın ümumi idxalının 1,78 %-ini təşkil edib.
Bölgələrdə taxıl biçini davam edir. Artıq 658 339 hektar sahədə biçin başa çatıb, sahələrdən 2 milyon 164 min 746 ton məhsul yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 32,9 sentner təşkil edir.
Bugünədək 16 rayonda taxıl sahələrinin 90 %-dən çoxunda biçin başa çatıb.
Respublika üzrə arpa sahələrinin 80 %-də biçin yekunlaşıb, sahələrdən 1 milyon tona yaxın məhsul yığılıb. Hazırda arpa üzrə orta məhsuldarlıq 30,6 sentner təşkil edir. Buğda sahələrinin isə 50 %-də biçin aparılıb, 333 088 hektar biçilmiş sahədən 1 milyon 169 min 774 ton buğda yığıılıb. Buğda üzrə orta məhsuldarlıq 35,1 sentnerə çatıb.