BİZNES

24 İyul

“Gəncə İş Adamları İctimai Birliyi” səfərdə

“Gəncə İş Adamları İctimai Birliyi” və Azərbaycan-Qırğızıstan Ticarət Evinin birgə təşkilatçılığı ilə Azərbaycan sahibkarları Qırğızıstanda işgüzar səfərdədirlər.

İB-dən Fins.az-a verilən məlumata görə, səfərin ilk günündə sahibkarlar Azərbaycanın Qırğızıstandakı səfirliyində və Azərbaycanın Qırğızıstandakı Diasporasında görüşlər keçirilib.

İlk görüş Azərbaycanın Qırğızıstandakı səfirliyində baş tutub. Görüş zamanı səfir cənab Lətif Seyfəddin oğlu Qəndilovla bir çox biznes məsələləri müzakirə edilib və gələcək prespektivlər haqqında danışıqlar aparılıb.

Növbəti görüş isə Azərbaycanın Qırğızıstandakı Diasporasında olub. Görüş zamanı Qırğızıstanda yaşayan həmvətənlərimiz və onların işləri haqqında geniş müzakirələr aparılıb. Ümumiyyətlə, görüşlərdə azərbaycanlı iş adamları da iştirak edib.

Görüşlər davam edir.

Qeyd edək ki, iyulun 22-də “Gəncə İş Adamları İctimai Birliyi”nin təşkilatçılığı ilə Qırğızıstana biznes tur təşkil olunub. Biznes tur çərçivəsində sahibkarlar Qırğızıstan iş dünyasıyla yaxından tanış olmağına və qarşılıqlı iş birliyi anlaşmalarına fürsət yaranır.

Qırğızıstana təşkil olunmuş biznes tur iyulun 29-dək davam edəcək.

Bir çox şirkətlərin iştirak edəcəyi tədbirin əsas məqsədi ölkələr arası iqtisadi ticarətin gücləndirilməsi və inkişaf etdirilməsidir.

Fuad Mədətov
Fins.az