BİZNES

20 İyul

Azərbaycanın magistral neft kəmərləri ilə nəqletmə 10% artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 16 261,3 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur. 

Yanvar-may aylarında nəqletmənin 76,5%-i Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 12 434,6 min ton neft ötürülüb. Bu isə 1 il əvvələ nisbətən 5,5% çoxdur. 

5 ay ərzində kəmərlə 1 948,5 min ton tranzit nefti də nəql edilib. Bu isə illik müqayisədə 3,1% azdır. 

Zəminə Hüseyn
Fins.az