BİZNES

23 İyul

“Enerji-N MMC” şirkəti qaz sayğacı istehsal etməyi planlaşdırır

Azərbaycanda qaz və su sayğacları istehsalı sahəsində yerli istehsala təşviq olunmalıdır və rəqabət mühiti yaradılmalıdır.

Bunu Fins.az-a müsahibəsində “Enerji-N MMC” şirkətinin rəhbəri Orxan Mansurov deyib. O, gələcəkdə öz yerli qaz sayğacı istehsal etməyi planlaşdırdıqlarını və bununla yanaşı öz istehsalları olan QTŞ və qaz filterlərinin olduqlarını bildirib.

O.Mansurov enerji itkilərinin baş verməməsi üçün nələrə diqqət etmək lazım olduğunu açıqlayıb. Şirkət rəhbəri vurğulayıb ki, məhsul ucuzdur deyə keyfiyyətsiz avadanlıq alıb istifadə edilsə, bu hal qaçınılmaz olar. O, alınan malların keyfiyətli olmasını, quraşdırılmanın düzgün yerinə yetirilməsini və avadanlıqlara mütəmadi qulluq göstərilməsini xüsusi qeyd edib.

Leyla Fikrətqızı
Fins.az