Bu gün “Freedom Holding Corp.” qlobal maliyyə holdinqinin törəmə şirkəti olan “Freedom Finance Azerbaijan” nizamnamə kapitalını 2.550.000 manat artırdığını açıqlayıb.
Bu barədə Fins.az-a şirkətdən məlumat verilib.
Ötən il şirkətin nizamnamə kapitalı 1.448.332 manat təşkil edirdi. Şirkətin kapitalını hər birinin dəyəri 258,40 manat olan 5605 səhm təşkil edirdi. Cari ildə isə səhmlərin sayı dəyişməsə də, dəyəri nəzərə çarpan dərəcədə artıb və hər birinin qiyməti artırılaraq 713,35 manat olub. Bunun nəticəsində şirkətin cari nizamnamə kapitalı 3.998.326,75 manat olub.
Qeyd edək ki, “Freedom Finance Azerbaijan” ASC artıq 3 ilə yaxındır ki, Azərbaycanda maliyyə sahəsində təlim mərkəzi kimi fəaliyyət göstərir. Bu zaman ərzində şirkətin təsis etdiyi təlimlərdə 3000-dən çox insan iştirak edib, “Milli Depozit Mərkəzi”, “Meqa sığorta”, “Azpetrol”, “Baker Tilly” kimi böyük şirkətlərə korporativ təlimlər təşkil olunub. Bundan əlavə, “Freedom Finance Azerbaijan” şirkəti yaxın gələcəkdə yerli bazarda ən böyük investisiya brokerlərindən birinə çevrilmək məqsədində olduğunu açıqlayıb.