BİZNES

23 İyul

Enerji itikilərinin baş verməməsi üçün sayğacın keyfiyyətinə mütləq fikir verilməlidir- Orxan Mansurov

“Enerji-N MMC” şirkətinin müsahibi Orxan Mansurovun Fins.az-a müsahibəsi.
 
- Şirkət haqqında məlumat verərdiniz. Xidmətləriniz nələrdir?
 
- "Enerji-N" MMC şirkəti 2011-ci ildə qurulub və qurulduğu tarixdən etibarən müştərilərə müasir tələblərə cavab verən məhsullar və xidmətlər təklif edir. Şirkətimiz qaz və su məhsullarının (sayğaclar, tənzimləyicilər,alarm cihazları, flanslar, detektorlar və s.) satışını və servisini həyata keçirir. Azərbaycanda bir neçə firmanın rəsmi distribyutoruyuq. "Elster", "Common", "Elgaz", "Breeze", "Tork", "Madas", "Aterma", "SPFK" şirkətlərinin rəsmi nüməyəndəsi bizim şirkətdir.
 
-  Azərbaycanda qaz və su sayğacları istehsalı sahəsində nə kimi dəyişikliklər olunmalıdır?
 
- Yerli istehsala təşviq olunmalıdır və rəqabət mühiti yaradılmalıdır. Bununla yanaşı öz istehsalımız olan QTŞ və qaz filterləri var. İnşallah, gələcəkdə öz yerli qaz sayğacı istehsal etməyi planlaşdırırıq.
 
 
- İnnovativ yeniliklər əsasında əhali üçün qaz və su sayğaclarında nə kimi yeniliklər təklif edə bilərsiniz?
 
- Məişət qaz sayğaclarını “Azərqaz İB” tərəfindən alınır və satılir. Biz isə daha çox sənaye üçün olan qaz sayğaclarının satışı ilə məşğul oluruq . Məsələn, fabrika, məktəbə, zavoda, şadlıq sarayına, hərbi hissəyə və başqa bu kimi daha böyük müəsssilərə satış edirik. Bu günə kimi bu missiyamızı layiqincə yerinə yetirdiyimizi düşünürük.
 
- Daha çox yerli, yoxsa xarici şirkətlərlə əməkdaşlıq edirsiniz?
 
- Məhsullarımızın alışı xaricdən olur. Amma satışı Azərbaycana edirik. Dəstək olunsa, təbii ki, biz çoxdan bu sahə üzrə yerli məhsullar istehsal etməyi düşünürük.
 
 
-  Enerji itkilərinin baş verməməsi üçün nələrə diqqət etmək lazımdır?
 
- Ucuzdur deyə keyfiyyətsiz avadanlıq alıb istifadə edilsə, bu hal qaçınılmaz olar. 1.Alınan mallar keyfiyətli olmalıdır. 2.Quraşdırılma düzgün yerinə yetirilməlidir.3.Avadanlıqlara mütəmadi qulluq göstərilməlidir.
 
- Bu sahədə üzləşdiyiniz problemlər nələrdir?
 
- Üzləşdiyimiz problemlərdən biri də düzgün aparılmayan tender prosesidir. Belə ki, tender göstərilmədən qalibi seçildiyi hallarla rastlaşmışıq. Qat-qat aşağı qiymət verilsə belə şişirdilmiş qiymətlər verən şirkətlər daha ön planda tutulur. Bu prosesin düzgün olmadığı ilə bağlı məhkəməyə də şikayətlər vermişdik.
 
- Statistik göstəricilərə görə şirkətinizə təlabat səviyyəsi nə yerdədir?
 
- Biz sayğacın satışı ilə bərabər onların təmiri və ehtiyat hissələrinin satışı ilə də məşğul oluruq. Buna görədə sayğac satdığımız müştəriyə hər zaman kömək edə bilərik.
 
Leyla Fikrətqızı
Fins.az