BİZNES

18 İyul

Azərbaycanda 36 min maliyyəçi var

Bu il iyunun 1-nə Azərbaycanda 36 min maliyyəçi olub.

Fins.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən il iyunun 1-i ilə müqayisədə 9,8% çoxdur.

Maliyyəçilərin 7,2 mini dövlət sektorunda, 28,8 mini isə özəl sektorda çalışır. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 9,1% və 9,9% çoxdur.