BİZNES

18 İyul

Azərbaycanda avtobuslarla sərnişindaşımaların həcmi 19 % artıb

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 894 milyon 372,4 min sərnişin daşınıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 17,3 faiz çoxdur.

Fins.az-a Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə hava nəqliyyatı ilə 1 milyon 233,3 min nəfər daşınıb. Bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 49,5 faiz çoxdur.

Yanvar-iyun aylarında avtomobil nəqliyyatı vasitələri ilə 781 milyon 113 min sərnişin daşınıb, bu ötən ilin müvafiq dövrünün göstəricisindən 18,3 faiz çoxdur. Avtobuslarla 743 milyon 810,9 min, sərnişin taksilərlə 37 milyon 302,1 min sərnişin daşınıb, bu göstəricilər ötən ilin müvafiq dövrünün göstəricisindən müvafiq olaraq 19,4 faiz və 0,1 faiz çoxdur.