Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft ixracının dəyəri 1 773,34 milyon ABŞ dolları təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 21,7 faiz çoxdur.
Fins.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə istinadən xəbər verir ki, cari ilin II rübündə qeyri-neft ixracı illik ifadədə 17,9 faiz artaraq 861,15 milyon ABŞ dolları, təkcə bu ilin iyun ayında isə 14,1 faiz artaraq 307,5 milyon ABŞ dollarına bərabər olub.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 047,67 milyon ABŞ dollarına bərabər olub.