Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 6 648,7 milyon manat təşkil edib ki, bu da proqnozdan 19,7% az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,5% azdır.
Fins.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 43% təşkil edib. Azalma Dövlət Neft Fondundan (ARDNF) nəzərdə tutulandan 2 979 milyon manat az vəsaitin daxil olması ilə əlaqədardır.
Sektor üzrə daxilolmaların 60%-i və yaxud 3 987,7 milyon manatı vergi daxilolmaları, 40%-i və yaxud 2 661 milyon manatı ARDNF-dən transfert olub.
Vergi daxilolmalarının 66%-i və 2 630,4 milyon manatı "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 24,9%-i və yaxud 992,5 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9,1%-i və yaxud 364,8 milyon manatı isə "Azəri-Çıraq-Günəşli" neft yatağı üzrə mənfəət vergisinin payına düşüb