BİZNES

22 İyul

Azərbayacanın mebel sənayesinin inkişafında çox ciddi potensialı var

Mebel sənayesinin  inkişafında çox ciddi potensialımız var ki, biz ixracda öndə olan istər Sloveniya, istərsə də Litva kimi ölkələrdən geri qala bilmərik. Bizim bundan daha çox ixrac etmək şansımız var.

Bunu Fins.az-a müsahibəsində “Hafele Azərbaycan” şirkətinin həmtəsisçisi Ceyhun Babayev deyib. O, bildirib ki, Azərbayacanın mebel sənayesinin inkişafında çox ciddi potensialı var:

“Biz ixracda öndə olan istər Sloveniya, istərsə də Litva kimi ölkələrdən geri qala bilmərik. Bizim bundan daha çox ixrac etmək şansımız var. Çünki bizim ərəb ölkələrinə çox ciddi çıxışlarımız var. Üstünlüyümüz ondan ibarətdir ki, bu bazarlara türk məhsulları daxil olub. Həmin türk markalarının bir seqment altında çox gözəl mebel bazarını tuta bilərik. Düşünürəm ki, bu şansı dəyərləndirməliyik. Amma təəssüf ki, hazırda dəyərləndirə bilmirik.”

C.Babayev onu da vurğulayıb ki, ümumilikdə dünyada mebel bazarında müəyyən çətinliklər var ki, bu da xüsusilə mebellərin qiymətinin bahalaşmasına təsir edir:

“Xüsusilə də 44 günlük Vətən müharibəsindən, qələbədən sonra ölkəmizdə gedən yeni layihələrin artması işlərimizə çox müsbət təsir etdi. Bu da bizim sıxıntıları hiss etməməyə təkan verdi. Qiymətlər qalxdıqca, yerli istehsal daha da çox satışını artırdı”.

Fuad Mədətov
Fins.az