BİZNES

17 İyul

Azərbaycanla Çin arasında ticarət dövriyyəsi artıb

2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycanla Çin arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 37.7% və ya 361.9 milyon dollar artaraq 1 milyard 321.8 milyon dollar təşkil edib.

Bu barədə Fins.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində Azərbaycandan Çinə ixracın həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3.2 dəfə və ya 38.2 milyon dollar artaraq 55.7 milyon dollara bərabər olub.

Hesabat dövründə Çindən Azərbaycana idxalın həcmi 34.3% və ya 323,7 milyon dollar artaraq 1 milyard 266.1 milyon dollara yüksəlib.