Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə tutulan 5640,0 milyon manat məbləğində transfertə qarşı 2661,0 milyon manat məbləğində transfert daxil olub.
Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, hesabat dövründə dövlət büdcəsinə vergi, gömrük rüsumları və idxala vergi daxilolmalarında müşahidə olunan müsbət dinamika ARDNF-in cari ilin birinci yarımilliyi üçün dövlət büdcəsinə nəzərdə tutulan transfertdən 2979,0 milyon manat və ya 52,8 faiz az istifadə olunmasına imkan verib.